Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"ni qəbul edəcək "Dinamo"nun (Tiflis) baş məşqçisi Qia Qequçadze mətbuat konfrası keçirib. Fanat.az хəbər verir ki, gürcü mütəхəssis bunları deyib:
“Qəbələ” haqda çox məlumatımız yoxdu. Bildiyimizə görə yeni komandadı və yaxşı oyun sərgiləyir. Onlar ötən mövsüm Azərbaycan çempionatında stabil oyun nümayiş etdiriblər. Bu oyuna daha yaxşı hazırlaşa bilərdik. Təəssüf ki, hələ çatışmazlıqlarımız var. İlk oyunda zədəli Otar Kakabadze və Devid Volkov komandamıza kömək edə bilməyəcək. Buna baxmayaraq, biz məğlubiyyəti ağlımızdan keçirmirik. Həm Tiflisdə, həm də səfər matçında qələbə qazanacağımıza inanıram. Əminəm ki, bu mərhələnin qalibi biz olacağıq. Bizi çox vacib oyun gözləyir. Komandamızın növbəti mərhələyə adlaya bilməməsini ağlıma da gətirmirəm. Uğursuzluq gözləmirəm. Hücum futbolu sərgiləmək istəyirik".
Fanat.az