13:53 26.08.2013 886

“Neftçi”ni yüksək səviyyədə qarşılayıb, eyni qaydada da yola salmışıq" - MÜSAHİBƏ

“Xəzər Lənkəran”ın vitse-prezidenti Tuyqun Nadirov müsahibə verib. Fanat.az xəbər verir ki, klub rəsmisi dünən baş verənlərlə bağlı fikrini bildirib. 

 

- Lənkəran şəhər stadionunda “Neftçi” ilə görüşünüzdən sonra baş verənlərlə bağlı klubunuzun mövqeyi necədi?

 

- “Neftçi”ni yüksək səviyyədə qarşılayıb, eyni qaydada da yola salmışıq. Oyun vaxtı stadionumuzda təhlükəsizlik tədbirləri lazımi səviyyədə görülüb. Qonaq komanda və onun azarkeşlərinə, hakimlər briqadasına heç bir xətər yetirilməyib. Meydançaya kütləvi şəkildə yad əşya atılmayıb, azarkeş girməyib. İnsident stadionun çölündə baş verib. Küçədə baş verənlərə isə klubumuz cavabdehlik daşımır.

 

- Stadionda təhlükəsizlik tədbirləri yüksək səviyyədə görülmüşdüsə, “Neftçi” və Bakıdan gələn jurnalistlər niyə arenanı gecə saatlarında tərk etdilər?

 

- “Neftçi” bizim qonağımız idi. “Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov paytaxt klubundakı həmkarı Sadıq Sadıqovla birgə oyunu izlədikdən sonra oturub söhbət edirdilər. İnsident zamanı gözyaşardıcı qazdan istifadə olunduğu üçün 100 metr radiusda təsiri hiss olunurdu. Ona görə də qonaqlarımızın bir müddət stadionda saxlanılması qərara alındı.

 

- Stadionun daxilində heç bir ciddi insidentin baş vermədiyini iddia edirsiniz. Elə isə tribunada törədilmiş yanğın nədi?

 

- Bütün ölkələrdə futbol matçları zamanı və ya sonra azarkeşlər arasında insident yaşanır. “Xəzər Lənkəran” və “Neftçi” azarkeşlərinin münaqişəsi də bu qəbildən idi. İnsident zamanı tribunaya fişəng atıblar. Fişəng atılması nə vaxtdan yanğın sayılır?   

 

- Baş verənlərlə əlaqədar klubunuza ev oyunlarını azarkeşsiz keçirmə və hətta rəqiblərini neytral meydanda qəbul etmə cəzası verilsə, bunu necə qarşılayacaqsız?

 

-  Stadionumuzun daxilində heç bir ciddi insident qeydə alınmayıb. Nə baş veribsə, stadiondan kənarda olub. Sadəcə, bəzi mətbu orqanlar olayı qəsdən şişirdilər ki, “Xəzər Lənkəran” rəqiblərini boş tribunalar önündə və ya neytral meydanda qəbul etsin. Bütün bunlar isə gülünc arqumentlərdi.

 

- Sizcə, bu hadisələrin bünövrəsi mayın 28-də “Neftçi” ilə “Xəzər Lənkəran” arasında keçirilmiş oyunda qoyulmayıbmı?

 

- Mən hesab edirəm ki, baş verənlər hakimlərin müəyyən epizodlarda yanlış qərarlarına görədi. Təkcə mayın 28-də deyil, Topaz Premyer Liqasının III turunda “Qarabağ”la matçda qapımıza təyin olunan haqsız penalti, “Neftçi” ilə görüşdə futbolçularımıza göstərilən sarı vərəqələr, ümumiyyətlə, hakimlərin bəzi epizodlardakı qərarları tribunalara təsirsiz ötüşmədi. Azarkeşlərin hakimlərdən tələbləri haqlı idi.

 

- Mümkün münaqişənin qarşısını almaq üçün hansı tədbirləri görmüşdüz?

 

- Oyundan əvvəl azarkeş qruplarımızın rəhbərləri ilə profilaktik söhbət aparmışdıq. Onları mümkün insidentlərdən çəkinməyə çağırmışdıq. Eyni zamanda polis əməkdaşları ilə təhlükəsizliyin təmin olunmasına dair görüşümüz olmuşdu.


Lent.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

18:10

Millimizin Ukrayna yığması ilə matçının yeri bilindi

17:47

"Xankəndi" yarımfinalın ilk oyununda darmadağına sevindi

17:28

Fabreqas qalacaq, rəhbərlik transferlərə milyonlar ayıracaq - MƏBLƏĞ

17:10

"Real"ın qapıçısı zədələndi - RƏSMİ

16:53

"Sampdoriya" tarixində ilk dəfə bu aqibəti yaşadı

16:35

"Atalanta" rəhbərliyi Qasperinini saxlaya biləcəkmi? - SON DURUM

16:17

Stolüstü tennis üzrə Azərbaycan çempionatına start verildi

15:58

"Bayer Leverkuzen" Xabi Alonsonu kiminlə əvəzləyəcəyinə qərar verdi

15:39

Premyer Liqa klubunun hücumçusu yenidən komaya düşdü

15:20

"Şalke" Kariusla bağlı qərarını verdi - SON DURUM

15:01

Azərbaycan millisi Avropa Kubokunda mübarizə aparacaq

14:42

"Sabah"ın 10 yaşlıları beynəlxalq turnirə yollandı

14:23

Zeedorf İran klubunda - Məşhur həmyerlisini də yanına aparır

14:05

"Qarabağ"ın mükafatlandırılacağı tarix bilindi

13:46

"Maddi gəlir artdıqca yerlilərin əksəriyyəti rahatlaşır" - 2007/2008 mövsümünün bombardiri səbəbləri açıqladı

13:28

AFFA "Kəpəz"lə "Sumqayıt"a 9200 manat cərimə kəsdi

13:09

Ter Ştegen "1 nömrə" statusunu itirdi

12:50

"Yuventus"un müdafiəçisi üçün mövsüm bitdi

12:32

Bu mövsüm İPL-də Palmer kimisi olmayıb

12:14

"Milan" "Mançester Siti"dən icarəyə götürdüyü Uokeri saxlayacaqmı? - Dəqiqləşdi

11:56

Kriştianu Ronaldu Avropaya qayıtmaq istəyir - Yeni klubu açıqlandı

11:38

"Napoli" Sudakovun klubuna rəsmi təklif göndərdi - MƏBLƏĞ

11:20

20 yaşlı futbolçu İspaniya nəhənginə keçməyə yaxındır - SON DURUM

11:02

"Kəpəz"in İdarə Heyətinin yeni sədri Redniklə bağlı məsələyə aydınlıq gətirdi - MÜSAHİBƏ

Facebookdan bizi izləməyi unutmayın.
X