“Dinamo”nun baş məşqçisi Gia Qequçadze "Qəbələ" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, gürcü mütəxəssis Qəbələdə keçirdiyi mətbuat konfransında bunları deyib:
"Əminəm ki, sabah hər iki komnda üçün çox çətin oyun olacaq. Şanslar bərabərdi. Oyuna tam gücümüzlə hazırlaşırıq. İlk oyunda olduğu kimi bu dəfə də itkilərimiz var. Bir zədəli ilə yanaşı, ilk matçda qırmızı vərəqə alan cəzalı futbolçumuz da var. Heyəti hələ müəyyənləşdirməmişəm. Əsas futbolçuların oyuna necə yanaşmasıdı. Xarakter və hazırlıq böyük rol oynayacaq. İlk oyundakı nəticəni unutmalıyıq. Sabah stadionun dolu olacağını gözləyirik. Bu, meydan sahibləri üçün üstünlükdü. Komandamızda gənclər təşkil etsə də, psixoloji cəhətdən hər hansı problem yaşamamalıyıq. Çünki futbolçu meydana çıxanda yalnız öz oyununu düşünməlidi".
Fanat.az