“Zirə” yeni mövsümə hazırlığı davam etdirir. Fanat.az xəbər verir ki, əsas komanda ilə yanaşı aşağı yaş qrupları üzrə komandalar da diqqət mərkəzindədi.
Ehtiyat qüvvəyə böyük önəm verən klubun rəhbərliyi U-19-dan sonra U-17-nin də baş məşqçisi ilə müqavilə imzalayıb. Belə ki, Ramin Həbibov “Zirə”nin 17 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi olacaq. Mütəxəssislə 1 illik müqavilə bağlanıb.
Fanat.az