"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Dinamo" ilə oyunla bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, ukraynalı mütxəssis bunları deyib:
"Qələbə qazandığımız üçün çox şadam. Bunu sözlə ifadə etmək kifayət etmir. Komandamız rəqibdən yaxşı oynadı.
Bu görüş bizim üçün psixoloji cəhətdən çətin idi. Düzgün analiz nəticəsində doğru qərar çıxardıq və qələbə qazandıq. Düzdü, oyunun sonunda qol vurduq, buna baxmayaraq, biz rəqibdən güclü idik.
Mütləq qalib gəlməli idik. Ancaq necə qalib gəldiyimizi təsəvvür etmək çətindi. Rəqibi yaxşı analiz edib, qalib gəldik. Düzdü qollar sonda vuruldu, amma biz rəqibdən üstün idik.
Hər futbolçunun öz düşüncəsi var. Hər şeyi nəzərə alaraq, mərhələni adladıq".
Qeud edək ki, komandalar arasındakı ilk oyunda "Dinamo" 2:1, cavab matçında "Qəbələ" 2:1 hesablı qələbə qazanıb. Təmsilçimiz iki oyunun nəticəsinə görə mərhələ adlayıb.
Fanat.az