UEFA "Qəbələ" ilə bağlı səhvini düzəldib. Fanat.az хəbər verir ki, Avropa futbol qurumu dünən "Dinamo" ilə baş tutan oyunda vurulan ilk qolun müəllifini dəyişdirib.
Belə ki, qarşılaşmanın 88-ci dəqiqəsində Asif Məmmədov topu başla qapıdan keçirərək hesabı açsa da, UEFA qolu "Qəbələ"nin digər yeni transferi Sergey Zenyovun adına yazmışdı. Bir qədər əvvəl isə futbol qurumu rəsmi saytında qolu Asif Məmmədovun adına yazıb.
Qeyd edək ki, "Qəbələ" - "Dinamo" (Tiflis) oyunu 2:0 hesabı ilə başa çatıb. İkinci qolu 90+3-cü dəqiqədə Aleksey Antonov rəqib qapısından keçirib.
Fanat.az