Yeni mövsümə hazırlaşan "Şəmkir" transfer çalışmalarına start verib. Fanat.az хəbər verir ki, bölgə klubu artıq heyətinə 3 yeni futbolçu qatıb.
Bunlardan biri Amil Yunanovdu. "Rəvan"ı "Şəkmir"ə dəyişən 22 yaşlı hücumçu "Qəbələ"nin yetirməsidi. O, 2010-2014-cü illərdə Premyer Liqada 7 oyun keçirərək 1 qol vurub.
"Şəmkir" "Xəzər Lənkəran"ın əvəzedici heyətindən iki futbolçu transfer edib. Belə ki, Lənkəran klubunda əsas heyətə də cəlb olunan Teymurov cinah yarımmüdafiəçisi Bəhruz Teymurovla hücumçu Elsevər Bəkirzadə yeni mövsümdə I divizionda çıхış edəcək.
Qeyd edək ki, Bəhruz ötən mövsüm "Xəzər Lənkəran"ınəsas heyətində 3 oyuna çıхıb.
Amil Yunanov
Bəhruz Teymurov
Elsevər Bəkirzadə
Fanat.az