Avropa Liqasının II təsnifat mərhələsində "Qəbələ" və Serbiyanın "Çukariçki" klubları arasında baş tutacaq oyunların saatı açıqlanıb. Fanat.az хəbər verir ki, oyunlar fərqli saatlarda başlayacaq.
İyulun 16-da Belqraddakı "Çukariçki" stadionunda keçiriləcək oyuna Bakı vaхtı ilə saat 23.30-da start veriləcək. İyulun 23-də Qəbələ şəhər stadionunun ev sahibliyi edəcəyi cavab matçı isə saat 21.00-da başlayacaq.
Fanat.az