00:02 11.07.2015 459

"Dinamo"nun qənimi: "Qol vuracağıma inanırdım"

Avropa Liqasının I təsnifat mərhələsində Gürcüstan “Dinamo”su (Tiflis) ilə qarşılaşan “Qəbələ” ilk oyunda 1:2 hesabı ilə uduzsa da, cavab matçında 2:0 hesablı qələbə qazanan “qırmızı-qaralar” avrokuboklarda mübarizəni davam etdirmək hüququ qazanıb. "Qəbələ"nin II təsnifat mərhələsinə yüksəlməsində Asif Məmmədovun qolunun böyük rolu olub. 88-ci dəqiqəyədək qapısını toxunulmaz saxlayan qonaqların müqaviməti məhz Asifin qolu ilə qırılıb. Məmmədov oyun haqda fikirlərini gabalafc.az-a açıqlayıb: 


“Dinamo” ilə ilk oyunda uduzduğumuzdan cavab matçına çox ciddi hazırlaşmışdıq. Qarşılaşmaya hazırlıq zamanı ikiqat səylə çalışmışdıq. Hamı bizdən qələbə gözləyirdi. Əziyyətimizin bəhrəsini görüb, qalib gəldik. Artırılan vaxtı da saysaq, 95 dəqiqə rəqibdən üstün oynadıq. Bunun da nəticəsində layiqli qələbə qazandıq. Bir həftə əvvəl Tiflisdə də qalib gələ bilərdik. Lakin komandada yeni oyunçular çoxdur və bu futbolçular arasında anlaşma üçün zaman lazım idi. Həmin matçı təhlil edib, çatışmazlıqları aradan qaldırdıq. Meydana daxil olanda qol vuracağıma inanırdım. Çünki belə bir vəziyyətdə baş məşqçi mənə inanıb, meydana buraxıbsa, deməli məndən qol gözləyir. Mən də hücumçuyam və rəqib qapısına yol tapmalıyam. Hətta vaxt az olsa belə bunun üçün çalışmalıyam. Görürdüm ki, komandamız aşkar üstün futbol göstərir, daim hücumdadır və qol vurmaq üçün imkanlar var. Hətta oyundan qabaq komanda yoldaşım Samir Zərgərova demişdim ki, bu matçın taleyini ikimizdən birinin vurduğu qol həll edəcək. Vurduğum qol bütün komandanın əməyidir. Qol epizoduna gəlincə, Arif Daşdəmirovun ötürməsindən sonra fərqləndim. Onunla əvvəllər də eyni komandada çıxış etmişəm. Bilirəm ki, cinahla irəliləyib arxaya ötürmə verir. Yenə belə olacağına əmin olmasam da, o, ötürmə verəndə dayandım. Hamı irəli getdiyindən bir az arxada tək qaldım. Arifin də ötürməsini tamamlaya bildim. Çox sevinirəm ki, qalib gəldik. Bu oyun çox vacib olduğundan qələbə qazanmalı idik”.


8 ildən sonra yenidən “Qəbələ”nin heyətində rəsmi oyuna çıxan Məmmədov “qırmızı-qara” formada 10-cu oyununu keçirib. 4-cü qolunu vuran futbolçu II təsnifat mərhələsindəki rəqib haqda da fikirlərini bölüşüb. Məmmədov Serbiyanın “Çukariçki” klubu ilə görüşlərdə də qələbə qazanmağa çalışacaqlarını bildirib: “II təsnifat mərhələsində də çətin oyunlar olacaq. Bu üzdən qarşılaşmalara ciddi hazırlaşacağıq. Düzdür, konkret “Çukariçki” haqqında hələlik ətraflı məlumatım yoxdur. Amma Serbiya futbolunun – həm yığma, həm klub səviyyəsində güclü olduğunu bilirik. Həm də bu komanda mərhələ keçibsə, deməli ciddi rəqibdir. Qarşıda bizi çətin oyunlar gözləsə də, mərhələ keçməliyik. Avropa Liqasında qrupa düşməyi düşünürük. Buna görə də təsnifat mərhələlərini adlamalıyıq”.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X