13:34 11.07.2015 761

Futbol fanatları alət kimi: Azərbaycanda və xaricdə...

(Yaxud kapitalizmdə futbol subkulturası)

Məmməd Süleymanov

Futbol üzrə son beynəlxalq oyunlar qalmaqallı keçdi. “Neftçi”nin Çernoqoriyadakı görüşü dava ilə bitdi. “Qəbələ”nin Tiflis "Dinamo"su ilə hər iki qarşılaşmasında hərarət yüksək oldu.

Xüsusən “Qəbələ”nin oyunundan daha çox danışılacaq. Tiflisdəki oyunda gürcülər Zaqatala və Qaxla bağlı plakatlar asaraq bu ərazilərin 3 il Gürcüstanın nəzarətinə düşməsindən sonra sovet hökumətinin sayəsində Azəraycana birləşdirilməsini xatırlatdılar, “Qəbələ”nin bayraqlarını yandırıb fanatlarını döydülər.

Qəbələlilər də təkrar görüşə “layiqincə” hazırlaşıb Borçalını xatırlatdılar və “Dinamo”nun bayraqlarını oda verdilər.


Və bu qalmaqallar mətbuatda elə iştahla işıqlandırıldı, sosial şəbəkələrdə elə bəh-bəhlə şərh olundu ki, ağacların arxasındakı meşə görünməz oldu. Yəni Tiflisdə döyülənlər Qəbələdə döyməkləri ilə ekstaza düşdülər, hansısa məchul siyasi-ideoloji qələbənin dadını çıxardılar. Unudaraq ki, vəziyyət əslində eynilə Cek Londonun məşhur “Martin İden”indəki epizodu xatırladır: tətilə çıxan aşpazlar tətilin kim tərəfindən təşkil olunduğundan xəbərsizdirlər.

Sonunda bir neçə effektə nail olundu: fanatlar milli və dövlət düşüncəsinin “daşıyıcıları”na çevrildi, başqa istiqamətə yönəlməli olan etiraz və narazılıq enerjisi stadionda sublimasiya olundu, nəhayət, məmnunluq hissi ilə dağılışan fanatlar sabit qüvvəyə çevrilərək gələcək “ideoloji qələbələr”ə hazırlaşmağa yollandılar.


Bir sözlə, hamı razıdır: ssenarist də, aktyorlar da.

Əlbəttə, tarix ibrət dərsi vermir, əks halda fanat subkulturası hansı odla oynadığının fərqində olardı. Çünki ssenaristlərə gərək olan anda bu ziyansız görünən dağıdıcı enerji daha irimiqyaslı toqquşmalar üçün düymə rolunu oynaya bilər.

Məsələn, 1969-cu ildə tarixə “Futbol müharibəsi” adı ilə düşən irimiqyaslı müharibə baş verdi. 1970-ci ilin dünya çempionatının seçim mərhələində Honduras Salvadora uduzdu və müharibə başladı. 6 günlük hərbi münaqişədə 2200 nəfər həlak oldu, 130 min salvadorlu Hondurasdan qovuldu.


Sülh müqaviləsi yalnız müharibə bitəndən 10 il sonra bağlandı. O münaqişədə futbol fanatları illərlə davam edən narazılığın “legitimləşdirilməsi” üçün bəhanə və alət oldu (Qavrilo Prinsipin Sarayevodakı güllələri kimi): rifah halı daha yaxşı olan Hondurasda 100 minlərlə salvadorlu miqrantın çalışması yerli əhalidə narazılıq doğururdu. Razvyazka isə stadionda başladı.

***

Unudulur ki, fanatların subkulturası artıq əvvəlindən ayırıcıdır, bölücüdür, ksenofobiya xarakteri daşıyır. Çünki burada “bizimki” və “yad” var. Və “bizimki” həmişə yaxşı, haqlıdır, “yad”a isə bütün müsbət cəhətlərdə imtina olunur.

Bu, sanki başlanğıcdan müharibədir - müharibələrdə rəqibə, düşmənə insan kimi baxmamalısan, əks halda “Öldürmə!” imperativini reallaşdıra bilməyəcəksən. Fanatların da nəzərində dünya bu cür ağ və qaraya ayrılır.

O da unudulur ki, fanat subkulturası heç də öz-özünə, təbii olaraq formalaşmır, praktik olaraq o, süni şəkildə yaradılır (futbol klublarının maliyyə ilə əlaqədar tamaşaçılara ehtiyacı var, yəni ilkin olaraq seyrçilər onlar üçün “sağmal inək”dir).


Burada start şərt klubların bir-birinə qarşı qoyulmasıdır, fanatlar rəqib komandanı düşmən qüvvə kimi dəyərləndirməlidir. Yəni aqressiv bölgü fanatlara lap başlanğıcdan sırınıb.

Hakimiyyətlər tərəfindən futbolun millətçi, şovinist və hətta birbaşa faşist əhval-ruhiyyəsini yaymaq üçün istifadə olunması çoxdan məlum dünya praktikasıdır. Nasist Almaniyasında futbol birbaşa rəsmi təbliğatın aləti sayılırdı.

Mussolini İtaliyasında xüsusi olaraq futbol stadionları tikilir və futbol kultu təlqin edilirdi - bu, faşist ideologemasının ayrılmaz hissəsi idi.

Salazar Portuqaliyasında və Franko İspaniyasında da eyni vəziyyətdi.

Franko dövründə beynəlxalq oyunlar birbaşa rejimin “xalq tərəfindən müdafiə olunduğunu” göstərmək üçün vasitə sayılırdı, kaudilyo isə sağlamlığı imkan verənə qədər tribunada əyləşməyi sevirdi.


Millətçiliyin qızışdırılması üçün futboldan Çili, Argentina və Paraqvayın faşist diktaturaları yararlanırdı. 

Beləliklə, “İdman - sən sülhsən” devizi tamamən unutdurularaq, futbol sağçı, millətçi ideologiyaların yayılması üçün fürsətə çevrilirdi. Məhz sağçı, millətçi ideologiyanın.

İlk növbədə ona görə ki, futbol subkulturası sol dəyərlər üçün təbii deyil. Niyə? Ona görə ki, o, solçuların beynəlmiləlçi dəyərləri ilə toqquşur, aşağıların mədəni inkişafı prinsipləri ilə uyuşmur, üstəlik sinfi yanaşma onlara yaddır.

Futbol fanatları burjua dəyərlərinə qəsd etmirlər, kapitalizmin iqtisadi prinsiplərinə qarşı çıxmırlar. Bunlardan da əlavə, bu subkultura istehlakçıdır, konsümeristdir, “tamaşa cəmiyyəti” prinsiplərinə uyğundur. Burada fanat həm əylənən kütləvi tamaşaçıdır (pop-konsertdə və sirkdə olduğu kimi), həm də aktiv istehlakçıdır. Və bu, sol psixososial təmayülə tamamilə zidd davranış və dəyərlər dəstidir (sol ideologiyalar öz tərəfdarlarına idmanla rekord naminə yox, sağlamlıq və yaradıcılıq üçün məşğul olmağı təklif edir, üstəlik kommersiyalaşmış peşəkar idmanı qəbul etmir. Onlara hansısa idmançının və idmanın kumir səviyyəsinə qaldırılması yaddır).

Əlbəttə, hansısa mərhələlərdə sol ideologiya daşıyıcıları fanat subkulturasına təsir etməyə çalışıblar, ancaq bu, o vaxtadək davam edib ki, klub rəbərliyi buna icazə verib, yaxud komanda ilə iri maliyyəçilər maraqlanıb. Tipik misallar: İtaliyanın “Roma” və “Fiorentina” klubları.

Hətta “Fiorentina”da 1970-ci illərdə “Ultras” fanat klubu tribunalardan “Qırmızı briqadalar”ın plakatlarını qaldırır, neofaşistlərlə küçə öyüşlərinə çıxırdılar.


1990-cı illərdə klub rəhbərliyi ultrasağçıları stimullaşdırdı və proses bitdi. Hazırda İtaliyada da, İspaniyada da yalnız iri biznes üçün maraqlı omayan xırda klublarda Sol fanatlar qalıb.

Yeri gəlmişkən, “Neftçi” klubunun fanatları arasında da solçuların payı böyükdür. Bu isə ondan xəbər verir ki, klub rəhbərliyi hələlik buna barmaqarası baxır. Sabah isə başqa cür olacaq.


Yəni müasir dünyada bölücü, şovinist ideologiyaların stimullaşdırılması üçün futbol fanatları effektiv alət kimi işlədilir. Və vəziyyətin yaxın illərdə dəyişəcəyinə hələlik ümid yoxdur. Əksinə, Azərbaycanda bu proses hələ təzəlikcə start götürüb...//virtualaz.org
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X