"Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsi üçün heyəti müəyyənləşib. Fanat.az хəbər verir ki, "qırmızı-qaralar" Serbiyanın "Çukariçki" klubu ilə qarşılaşmalar üçün ilkin sifariş vərəqini UEFA-ya təqdim edib.
Quruma göndərilən A vərəqində 19 futbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 7-si müdafiəçi, 6-sı yarımmüdafiəçi, 3-ü isə hücumdu.
"Qəbələ" "Dinamo" ilə oyunlar üçün 20 futbolçu sifariş etmişdi. Həmin siyahıdan komandanı tərk edən Ruslan Əmircanov çıхarılıb.
Qapıçılar: 1. Andrey Popoviç, 22. Dmitri Bezotosnı, 30. Anar Nəzirov.
Müdafiəçilər: 3. Voyislav Stankoviç, 8. Məhəmməd Mirzəbəyov, 15. Vitali Vernidub, 20. Rikardinyo, 21. Arif Daşdəmirov, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Yarımmüdafiəçilər: 5. Georgi Floresku, 6. Rəşad Sadiqov, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 19. Aleksey Qay, 66. Samir Zərgərov.
Hücumçular: 9. Sergey Zenyov, 10. Dodo, 69. Aleksey Antonov.
Qeyd edək ki, “Qəbələ” ilə “Çukariçki” arasında ilk oyun iyulun 16-da, cavab matçı 23-də baş tutacaq. Komandamız ilk matçı səfərdə keçirəcək.
Fanat.az