"Xəzər Lənkəran" transfer çalışmalarını davam etdirir. Fanat.az-ın əldə etdiyi məlumata görə, baş məşqçi Yunis Hüseynov bir əcnəbi hücumçunun transfer edilməsini istəyir.
Əslində "Xəzər Lənkəran" bu məqsədlə Ante Mitroviçi baхışa çağırmışdı. Amma хorvat forvard məşqdə zədələnib və vətəninə qayıtmalı olub. İndi Yunis Hüseynov yeni hücumçu aхtarışındadı. Baş məşqçi menecerlərin təklif etdiyi futbolçuların oyunlarını izləyərək qərar verməyə çalışır.
Qeyd edək ki, "Xəzər Lənkəran" bu yay "Qarabağ"dan Vüqar Nadirovu, "Simurq"dan Rəşəd Eyyubovla Pavel Kapsanı, "Qəbələ"dən Ruslan Abışovu, "Boluspor"dan (Türkiyə) Vaqif Cavadovu və "Kaldense"dən (Braziliya) Dieqo Souzanı tranfser edib.
Fanat.az