AFFA Məşqçilər Komitəsinin üzvləri Avropa Liqasının ikinci təsnifat mərhələsinin ilk oyunları çərçivəsində təmsilçilərimizin keçirəcəyi görüşləri izləyəcəklər.
Fanat.az xəbər verir ki, Şakir Qəribov “Çukariçki” (Serbiya) - “Qəbələ” (Azərbaycan) oyununu izləmək üçün Belqrada, Böyükağa Hacıyev isə “Hafnarfyordur” (İslandiya) - “İnter” (Azərbaycan) matçına baxmaq üçün Hafnarfyordura səfər edəcək.
Fanat.az