Xəbər verdiyimiz kimi, bu gün AFFA və SOCAR-ın prezidenti Rövnəq Abdullayev I Avropa Oyunlarında uğurla çıxış etmiş "Neftçi” İdman Klubu"nun üzvlərini qəbul edib.
Sport7.az xəbər verir ki, baş tutan tədbirdən sonra sözügedən klubun rəhbəri Sadıq Sadıqov da media nümayəndələrinin suallarını cavablandırıb.
"Neftçi"nin sabiq prezidenti ilk növbədə komandanın təcrübəsiz Samir Əliyevə tapşırılmasından söz açıb: "Samir əvvəlcə özünü sübut etməlidi. Bildiyiniz kimi, həyatda heç nə asan əldə edilmir. Mənə elə gəlir ki, Samir üçün hər şey daha yaxşı olacaq. Gəlin fikirləşək, görək Qurban Qurbanov necə yetişdi? Fikrimcə, o da Qurbanov qədər uğurlu olacaq".
Bundan başqa o, son günlərdə "ağ-qaralı" fanatların komandaya yenidən Sadıq Sadıqovun rəhbərlik etmə tələbinə də münasibət bildirib: "Eşitdim ki, azarkeşlər mənim kluba qayıtmağımı istəyirlər. Amma orda qalsaydım, indi haqqımda çox şey danışacaqdılar. Futboldan uzaqlaşmışam. İndi hansı vəzifədə olduğumu bilirsiz. Komandanın indiki rəhbərliyi haqqında nəsə demək istəmirəm. Amma bir gün "Neftçi"yə qayıdacam. Qayıdışım isə fərqli olacaq".
Sadıq bəy bundan başqa klubalrımızın Avropa Liqasında çıxışına da toxunub. "Neftçi"nin nəticəsinə görə üzüldüyünü qeyd edən sabiq prezident "Qəbələ"dən uğur gözlədiyini gizlətməyib. O, Roman Qriqorçukun yetirmələrinin pley-off-a qədər gedə biləcəyini qeyd edib. Bundan başqa Sadıqov ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ"ı yek komanda adlandırıb. O, bunun danılmaz fakt olduğunu bildirib.
Fanat.az