Premyer Liqa hazırlıqlarını davam etdirən "Zirə" heyətinə daha bir futbolçunu qatır. Sport7.az xəbər verir ki, bakılılar bu dəfə qapı mövqeyini gücləndirir.
Əldə etdiyimiz məlumata görə, Adil Şükürov "Qəbələ"nin qapıçısı Anar Nəzirovu öz sərəncamında görmək istəyib. Elə bu səbəbdən də tərəflər arasında görüş baş tutub, razılıq əldə olunub. "Zirə" yeni transferi ilə 1 illik müqaviləyə imza atacaq. Təcrübəli qolkiper yeni komandasına ayın 23-dən sonra qoşulacaq. Nəzirov "Qəbələ"nin ikinci təsnifat mərhələsi çərçivəsində "Çukariçki" klubu ilə görüşlərindən sonra buradan ayrılaraq, yeni komandasına məşqlərə başlayacaq.
Qeyd edək ki, "Zirə" buna qədər heyətini Rəşad Abdullayev, Kamal Bayramov, Aleksandr Şemonayev, Təmkin Xəlilzadə, Viktor İbekoyi , Tərzin Cahangirov, Sadiq Quliyev, Tellur Mütəllimov, Hacı Əhmədov , İlqar Hüseynov , Ruslan Cəfərov , Mirkamil Haşımlı , Alberto Diez Okerin , Ruslan Poladov kimi futbolçularla gücləndirib.
Fanat.az