"Qəbələ" Serbiyanın "Çukariçki" klubu ilə Avropa Liqasının II təsnifat mərhələsindəki ev oyunu Qəbələdə keçirilməyəcək. Fanat.az-ın əldə etdiyi məlumata görə, buna səbəb UEFA Nizam-İntizam Komitəsinin "Qəbələ"ni cəzalandırması olub.
Belə ki, Avropa Liqasının I təsnifat mərhələsinin Tiflis "Dinamo"su ilə ev oyununda Gürcüstanın bayrağı yandırılmışdı və gürcülər UEFA-ya şikayət etmişdi. Nizam-İntizam Komitəsinin bu gün keçirilən iclasında Qəbələ şəhər stadionun cəzalandırılmsına qərar verilib. Beləliklə, "Qəbələ" Serbiyanın "Çukariçki" klubu ilə ev oyununu "Bakcell Arena"da keçirəcək.
Qeyd edək ki, "Qəbələ" - "Çukariçki" oyunu iyulun 23-də keçiriləcək və saat 21.00-da başlayacaq.
Fanat.az