"Qəbələ"dən ayrılan Ekiqo Ehiosun karyerasını yenidən Türkiyədə davam etdirəcək. Fanat.az хəbər verir ki, nigeriyalı hücumçu "Samsunspor"da çıхış edəcək.
Türkiyə mətbuatının məlumatına görə, Ekiqo İstanbulda bu klubun rəsmisi Adəm Yazıçı ilə görüşərək anlaşıb. Xəbəri o, özü yerli mətbuata açıqlamasında təsdiq edib. Hazırda Samsunda olan yarımmüdafiəçinin bu gün tibbi müayinədən keçməsi və rəsmi müqaviləyə qol çəkməsi gözlənilir.
Xatırladaq ki, bundan əvvəl Ekiqonun "Balıkesirspor"la danışıqlar apardığı deyilirdi.
Qeyd edək ki, “Samsunspor” Ekiqo üçün doğma komandadı. Çünki o, buna qədər fasilələrlə iki dəfə bu klubda çıxış edib. Öncə 2011/12 mövsümündə “Samsunspor”un formasını geyinən Nigeriya millisinin üzvü birillik fasilədən sonra 2013/14 mövsümündə yenidən “Samsunspor”a qayıdıb. O, ötən il “Qəbələ”yə məhz bu komandadan keçmişdi.
Fanat.az