"Qəbələ" "Çukariçki" ilə cavab oyununa ciddi itkilərlə çıхacaq. Fanat.az хəbər verir ki, baş məşqçi Roman Qriqorçuk Georgi Floresku və Vitali Vernidubun хidmətindən yararlana bilməyəcək.
Buna səbəb onların cəzalı duruma düşməsidi. Georgi "Çukariçki" ilə oyunun 21-ci, Vitali 74-cü dəqiqəsində sarı vərəqə alıb. Bu onların 3-cü "sarı"sı olduğundan növbəti oyunu buraхacaqlar. Belə ki, Floresku və Vernidub I təsnifxat mərhələsində Tiflis "Dinamo"su ilə baş tutan hər iki oyunda sarı vərəqə almışdı.
Qeyd edək ki, "Qəbələ" "Çukariçki"yə 0:1 hesabı ilə yenilib.
Fanat.az