Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində baş tutan “Çukariçki” (Serbiya) - “Qəbələ” matçından (1:0) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib. Fanat.az xəbər verir ki, ukraynalı mütəxəssis bunları deyib:
“Çukariçki”ni, həmkarımı qələbə münasibətilə təbrik edirəm. Oyunumuzu təhlil etmək çətindi. Biz oyun üslubumuza əsasən topa nəzarət etmək istəyirdik. Amma ötürmələr zamanı çox top itirirdik. Bunun alınmadığını görüb, ikinci hissədə fərqli oynamaq istədik. Hava ötürmələri ilə oynamağa çalışdıq. Rəqib bu gün topalma, aqressivlikdə güclü idi”.
Fanat.az