Serbiyanın "Çukariçki" klubunun baş məşqçisi Vladan Miloyeviç Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qəbələ"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Fanat.az xəbər verir ki, o, 1:0 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
"Birinci oyunda öz istəyimizə çata bildik. Artıq cavab görüşünü düşünməliyik. Amma komandamız bu gün bir qoldan daha artığına layiq idi. Azərbaycanda bizə çətin olacaq. Ona görə şansların hələ də bərabər olduğunu düşünürəm. Təbii ki, bir qol vurmaq da ümumiyyətlə qol vurmamaqdan yaxşıdı. Lakin ümid edirəm ki, gələcəkdə məhsuldarlığımızı daha da artıracağıq. “Qəbələ” çox ciddi komandadı. Doğrudu, bu gün onların oyunu alınmadı, çünki biz buna icazə vermədik, ancaq cavab görüşündə onlar artıq bizə hücum edəcəklər. Bunun qarşısını almaq üçün yollar düşünməli olacam”.
Fanat.az