Yeni mövsümün hazırlığını Gəncədə davam etdirən “Kəpəz”in əvəzedici komandası iyulun 16-da “Turan Tovuz”la yoxlama oyununda üz-üzə gəlib. Fanat.az xəbər verir ki, Tovuzda keçirilən görüş gəncəlilərin məğlubiyyəti ilə yekunlaşıb.
“Sarı-göylər” rəqibə 1:2 hesabı ilə uduzub. Matçda gəncəlilərin aktivinə yazılan qolu Ülvi Cəlilov vurub.
"Kəpəz" növbəti yoxlama oyununu iyulun 18-də keçirəcək. Rəqib "Qəbələ"nin əvəzediciləri olacaq. Oyun Qəbələdə baş tutacaq.
Fanat.az