13:02 18.07.2015 993

Elmar Baxşıyev: "Böyük məmnuniyyətlə bunu qəbul etdim"

“Qəbələ”nin əvəzedici komandasının baş məşqçisi Ramin Quliyevin köməkçisi və qapıçılarla işləyən məşqçisi müəyyənləşib. Bu vəzifələri müvafiq olaraq, Elmar Baxşıyev və Vüqar Məmmədov icra edəcək. 

“Qırmızı-qaralar”ın sabiq futbolçusu olan Baxşıyev komandanın məşqçilər korpusuna yeni təyin olunub. Məşqçilik karyerasına “Neftçi”nin U-19 komandasında başlayan 35 yaşlı çalışdırıcı “Qəbələ”nin əvəzedicilərinin məşqçisi kimi fəaliyyət göstərəcək. Futbolçu karyerasını “qırmızı-qara” formada bitirən Baxşıyev 2012-ci ilin əvvəlində gəldiyi "Qəbələ"də 28 matç keçirib. Bu oyunlardan 9-u 2011/12, 19-u 2012/13 mövsümünə təsadüf edib. O, “Qəbələ”dəki bütün qarşılaşmaları Premyer Liqa çərçivəsində keçirib. Bunadək isə yarımmüdafiəçi “Şəfa” (1997-1999), “İnter” (1999-2007), “Xəzər Lənkəran” (2007-2008) və “Neftçi”nin (2008-2011) şərəfini qoruyub. Baxşıyev Premyer Liqada 268 matçda 9 qol vurub. 2004-2009-cu illərdə Azərbaycan millisinin formasını geyən orta sahə oyunçusu
32 qarşılaşmada iştirak edib.

2005-ci ildən “Qəbələ”də çalışan Məmmədov isə əvəzedici komandada fəaliyyətini davam etdirəcək. 2013-cü ilin yayından əvəzedici komandanın çalışdırıcısı olan Məmmədov postunda qalıb. Futbolçu kimi “Kəpəz” (1985-1987, 1990-1995, 1996-2001), Bakı MOİK-i (1987-1990) və “Şəmkir” (1995-1996) klublarında çıxış edən 46 yaşlı Məmmədov 1994/1995 mövsümündə Azərbaycan çempionu, 1993/1994 mövsümündə kuboku qazanıb.


“Qəbələ”yə qayıdışı ilə bağlı təəssüratlarını "Qəbələ İK" qəzeti ilə bölüşən Baxşıyev hələ ötən il ona məşqçilik təklifi olunduğunu bildirib: “Ancaq həmin vaxt ailə vəziyyətimlə əlaqədar Qəbələyə gəlişim alınmadı. Qismət bu ilə imiş. Futbol Akademiyamızın direktor müavini Nail Kərimov mənə dəvət göndərdi. Mən də böyük məmnuniyyətlə bunu qəbul etdim. Hər halda, futbolçu karyeramı “Qəbələ”də bitirmişəm və bu klubda xoş təəssüratlarım olub. Üstəlik, baş məşqçi Ramin Quliyevlə bir yerdə oynamışıq, bir-birimizi yaxşı tanıyırıq”.

Artıq bir müddətdi yeni işinə başlayan 35 yaşlı çalışdırıcı ilk məqsədlərinin əsas komandaya futbolçu yetişdirmək olduğunu söyləyib: “Akademiyamızda potensialı olan oyunçular var. Biz də çalışacağıq ki, onların üzərində yaxşı işləyək. Bu zaman paralel olaraq nəticə də qazansaq, yaxşı olardı. Məşqçi işi elədir ki, gərək hər gün öyrənəsən. Biz gənc məşqçilər də bunu edirik. Əlbəttə, məşqçilik futbolçuluqdan daha çətindir. Çünki məşqçinin məsuliyyəti daha böyükdü”.


Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X