12:57 20.07.2015 562

"Vəzifəmin öhdəsindən gəlməyə yetərincə gücüm var"

“Qəbələ”nin əvəzedicilərdən ibarət heyəti 2015/16 mövsümünün hazırlığına iyulun 1-də başlayıb. Komanda Qəbələdə təşkil olunan təlim-məşq toplanışına yeni baş məşqçi Ramin Quliyevin rəhbərliyi altında start verib. 34 yaşlı çalışdırıcı ötən çempionatın sonunda “qırmızı-qaralar”dan ayrılan ispaniyalı Luis Araqonu əvəzləyib.

“Qızıl dubl"la yeni vəzifəyə

Ramin Quliyevin həm futbolçu, həm də məşqçi kimi “Qəbələ” ilə sıx bağlılığı var. O, “Şəfa”, “Bakı”, “Neftçi”, “Olimpik”, “Standard” klublarında çıxış etdikdən sonra peşəkar futbolçu karyerasını 2011-ci ildə məhz komandamızda bitirib. “Qırmızı-qara” formada 5 oyun keçirən müdafiəçi 2005-08-ci illərdə Azərbaycan yığmasında 18 matçda iştirak edib. Oyunçu karyerasını bitirən kimi məşqçilik kurslarına qatılan Quliyev tezliklə lisenziya alıb və “Qəbələ” Futbol Akademiyasında fəaliyyətə başlayıb. Qısa zaman ərzində məşqçi qismində ciddi uğurlar qazanıb. 2013/14 mövsümündə U-12-yə gümüş medallar qazandıran məşqçi üçün yola saldığımız futbol ili daha əlamətdar olub. Belə ki, onun baş məşqçisi olduğu U-17 Azərbaycan çempionatı və kuboku uğrunda yarışda qalib gələrək, “Qızıl dubl”a imza atıb. R.Quliyevə ötən ilin dekabrında “Qəbələ”nin əsas komandasında işləmək də qismət olub. O, Dorinel Muntyanunun istefasından sonra baş məşqçi vəzifəsini icra edən Sənan Qurbanovun köməkçisi funksiyasını yerinə yetirib.


Lazımi qeydlər, dəyərli məsləhətlər

Əvəzedici heyətə baş məşqçi təyin olunan kimi dərhal fəaliyyətə keçən Quliyev iyunda Türkiyənin Ərzurum şəhərində təlim-məşq toplanışına yollanan əsas komandanın düşərgəsində olub. Bu zaman əsas komandanın iş prinsipi, məşq proqramı və digər vacib məqamlarla əyani tanışlıq imkanı qazanan gənc çalışdırıcı lazımi qeydlər aparıb, baş məşqçi Roman Qriqorçukdan məsləhətlər alıb. Ərzurumdakı müşahidələr gələcəkdə çox faydalı olacaq. Başqa sözlə, futbolçuların əvəzedici heyətdən əsas komandaya keçərkən oyun planında çətinlik çəkməsi, kollektivə uyğunlaşmaq kimi problemlər tez həllini tapacaq. İndi isə bütün diqqət Qəbələdəki təlim-məşq toplanışına yönəldilib. Ramin “Qəbələ İK” qəzetinə açıqlamasında əvəzedicilərin planları barədə ətraflı məlumat verib: “İyulun 1-də start götürən hazırlıqda futbolçular həvəslə məşq edirlər. Plana əsasən, 4 həftəlik mərhələli təlim-məşq toplanışı keçəcəyik. Hazırlıq prosesinin axırıncı mərhələsini ölkədən xaricdə təşkil etməyi nəzərdə tutmuşuq. Belə olacağı təqdirdə, daha çox yoldaşlıq görüşləri keçirməyə, fərqli komandalarla, o cümlədən, əcnəbi kollektivlərlə qüvvəmizi sınamağa nail olacağıq”.

Elmar Baxşıyev və gənc futbolçular

Əvəzedici komandada baş məşqçinin köməkçisi də müəyyənləşib. Bu, “Qəbələ”nin digər sabiq futbolçusu, Azərbaycan milli komandasının keçmiş üzvü, bu yaxınlarda məşqçiliyə başlayan Elmar Baxşıyevdir. R.Quliyevin verdiyi məlumata görə, heyətdə yeni futbolçular da var: “Ötən mövsüm başa çatdıqdan sonra bir neçə futbolçu komandamızı tərk edib. Qapıçı Cavid Əsgərovla müqavilənin müddəti artırılmayıb, Müşfiq Teymurovla Tellur Mütəllimov isə digər klublara icarəyə verilib. Həmçinin, Elnur Mustafazadə və İbrahim Aslanlının da icarə əsasında başqa komandada çıxış edəcəkləri gözlənilir. Heyətdən gedən futbolçuların əvəzinə isə gənc və istedadlı futbolçuları düşərgəyə cəlb etmişik. Buna misal olaraq, Amin Seydiyev, Hacıağa Hacıyev, Rövlan Muradov və Baxşəli Baxşəliyevin adını çəkə bilərəm. Baxışa gələn digər oyunçular barəsində isə yaxın günlərdə yekun
qərarımı verəcəyəm”.


“Buna yetərincə gücüm var"

Ramin Quliyev gənc olmasına baxmayaraq, inamlı və iddialıdır. O, cəmi 3 il öncə başladığı məşqçilik fəaliyyətində daima nəzəri və praktiki biliklərini artırır. Təbii ki, “Qəbələ”nin əvəzedici heyətinin yeniləşmiş heyəti, eləcə də, yeni baş məşqçisi bir çoxlarında maraq doğurur, futbol mütəxəssisləri və azarkeşlər komandanın qarşıdakı mövsümdə necə çıxış edəcəyini səbirsizliklə gözləyirlər. Bu baxımdan, Quliyev üzərinə düşən məsuliyyətin vacibliyini tam başa düşür: “Əvəzedicilərə baş məşqçi təyin olunmağım məsuliyyətimi daha da artırıb. Bilirəm ki, əsas komanda ilə birbaşa əlaqəli işləməli, akademiya və əsas komanda arasında möhkəm körpü rolunu oynamalıyıq. Ən başlıcası isə əsas komanda üçün ehtiyat qüvvə yetişdirməliyik. Çünki əvəzedici heyət üçün bundan böyük uğur ola bilməz. Məşqçilikdə gənc olsam da, bu vəzifənin öhdəsindən gəlməyə yetərincə gücüm var. Mənə “Qəbələ” rəhbərliyi tərəfindən göstərilən etimadı doğrultmağa çalışacağam”.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X