Bu gün Premyer Liqanın 2015/16 mövsümünün püşkatma mərasimi keçirilib. Fanat.az xəbər verir ki, AFFA-nın inzibati binasında baş tutan mərasimdə I turun təqvimi müəyyənləşib.
Qeyd edək ki, 2015/16 mövsümü 10 klubun iştirakı ilə baş tutacaq. Ötən mövsümkü 7 komandaya I diviziondan gəlmiş "Kəpəz"lə "Zirə", həmçinin "Simurq"un yerini tutan "Rəvan" qoşulacaq. İlk turun oyunları avqustun 8-9-da keçiriləcək.
I turda 8 qat ölkə çempionu yenidən Premyer Liqaya qayıdan 3 dəfə ölkə çempionu olmuş "Kəpəz"lə qarşılaşacaq. Son çempion "Qarabağ" bürünc mükafatçı "Qəbələ"ni sınağa çəkəcək.
Premyer Liqa
2015/16 mövsümü
I tur
Qəbələ - Qarabağ
Zirə - AZAL
Neftçi - Kəpəz
Xəzər Lənkəran - İnter
Rəvan - Sumqayıt
Fanat.az