14:30 21.07.2015 629

"Qəbələ" Emin İmaməliyevə vəzifə verdi

Yeni mövsumdə “Qəbələ” Futbol Akademiyasının komandalarında calışacaq məşqci heyətinə aydınlıq gəlib. Bu, mövsumun yekunları ilə bağlı akademiya rəhbərliyinin və işci heyətinin iştirakı ilə kecirilən daxili iclasında açıqlanıb. Fanat.az xəbər verir ki, bu barədə “Qəbələ İK”ya akademiyanın direktoru Stenli Brard məlumat verib.

Hər il olduğu kimi bu dəfə də məşqçi yerdəyişmələri klub və akademiya rəhbərliyi tərəfindən həyata keçirilib. Məqsəd məşqçilərə müxtəlif yaş qruplarından olan kollektivlərlə iş təcrübəsi qazandırmaq, eyni zamanda futbolçuların yeni məşq tərzləri ilə tanışlığına şərait yaratmaqdı. Bu, həm də, uşaqların müxtəlif futbol baxışları olan məşqçilərə uyğunlaşması baxımından vacibdi.

Akademiyada ən yuxarı yaş qrupu olan U-19 komandasını, ötən mövsümdə olduğu kimi, Hüseynqulu Quliyev çalışdıracaq. Xatırladaq ki, “Qəbələ”nin 19 yaşlılardan ibarət komandası ötən mövsüm Quliyevin başçılığı altında Azərbaycan çempionatının bürünc medalına sahib olub.

“Qəbələ”nin 17 yaşlılardan ibarət komandasının hazırlığına görə bundan sonra Emin İmaməliyev məsuliyyət daşıyacaq. Ölkəmizin təcrübəli və titullu sabiq futbolçusu, Azərbaycan millisinin keçmiş üzvü olan İmaməliyev “Qəbələ” Futbol Akademiyasında ötən ildən çalışır. Gənc mütəxəssis məşqçi kimi ilk titulunu məhz “Qəbələ”də qazanıb. Ötən mövsüm akademiyanın 17 yaşlılardan ibarət komandasında çalışan İmaməliyev bu kollektivlə Azərbaycan çempionu və kubokun sahibi olub.


16 yaşlılardan ibarət kollektiv də veteran futbolçuya, karyerasının son illərini “Qəbələ”nin əsas komandasında çıxış etmiş Yaşar Abuzərovun ixtiyarına verilib. Xatırladaq ki, Yaşar ötən il 11 yaşlılardan ibarət komandaya başçılıq edib. 
15 yaşlıların hazırlığı ilə futbolda olduğu kimi məşqçilikdə də sözünü demiş Xaqani Məmmədov məşğul olacaq. Yeri gəlmişkən, akademiyada hücumlarla işləyən məşqçi kimi çalışmağa başlayan Məmmədov rəhbərlik etdiyi U-14 kollektivi ilə ötən mövsüm “Bakcell U-14 Elit Kuboku”nun qalibi olmaqla yanaşı Azərbaycan çempionatının gümüş medallarını da qazanıb. Demək, gənc mütəxəssis ikinci il eyni kollektivlə çalışacaq.

“Qəbələ”nin 14 yaşlı futbolçularının hazırlığı gənc, lakin yetərincə təcrübəli mütəxəssis Famil Xəlilova həvalə edilib. Son bir neçə ildə “Qəbələ”nin 15, 16 və 17 yaşlılardan ibarət kollektivlərini çalışdıran Xəlilov müxtəlif titullara da sahibdi.

“Qəbələ”nin U-13 komandası Ülfət Mədətovun ixtiyarına verilib. Ötənlərin təcrübəli futbolçusu və məşqçisi, həm də seleksiyaçı kimi akademiyaya fayda verən Məmmədov yeni mövsümdə də uğur üstünə uğur gətirməyə çalışacaq.

Akademiyanın ən titullu məşqçilərindən biri Zaur Hacıyev ötən mövsümdə olduğu kimi yenə 12 yaşlı futbolçularla çalışacaq. Futbol ilini çempionatın gümüş medalları ilə yekunlaşdıran Hacıyev yeni mövsümə daha iddialı başlayacaq. 

Daha aşağı yaş qruplarından olan komandalar - U-11 Namiq Əliyevin, U-10 Anar Surxayevin, U-9 Şəhriyar Kərimlinin, U-7 isə Turxan Umudlunun sərəncamına verilib.

U-17 komandasına başçılıq etmiş və mövsümü “qızıl dubl”la başa vurmuş Ramin Quliyev bundan sonra “Qəbələ”nin əvəzedici komandasına başçılıq edəcək. Sahil Kərimov, Teymur Musayev, Oruc Quliyev və Elçin Rzazadə qapıçı məşqçiləri, Səhruz Mustafayevlə Sahil Nəcməddinov məşqçi kimi fəaliyyətlərini davam etdirəcəklər. Gənc mütəxəssis Sərdar Qafarov videoanaliz proqramını yönəldəcək.

Qeyd edək ki, “Qəbələ” Futbol Akademiyası ötən mövsüm 3 mütəxəssislə yollarını ayırıb. Bunlar qapıçı məşqçisi, türkiyəli mütəxəssis Uğur Kurt, U-15 komandasının sabiq məşqçisi Mehman Yunusov və hollandiyalı fizioterapevt Henk Şolinqdi.


Stenli Brard yeniliklə bağlı “Qəbələ İK”ya qısa açıqlamasında bunları deyib: “İstər akademiyanı tərk edən, istərsə də, yeni mövsümdən bizimlə çalışacaq mütəxəssislər peşəkardırlar, onlara çox böyük hörmətim var. Onlara işlərində uğurlar arzulayıram. Hər bir məşqçim işinin öhdəsindən gəlmək üçün əllərindən gələni edir. Akademiya heyətinə növbəti mövsümdə uğurlar arzulayıram”.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

Facebookdan bizi izləməyi unutmayın.
X