Qurban Qurbanov: "Bakıdakı səhvləri etməyəcəyik" - VİDEO
Çempionlar Liqasının II təsnifat mərhələsində ölkəmizi təmsil edən "Qarabağ" dünən "Rudar"la matç üçün Çernoqoriyaya yollanıb.
Hava limanında sualları cavablandıran klubun baş məşqçisi Qurban Qurbanov Bakıdakı qolsuz heç-heçənin təhlükəli hesab olduğunu bildirib. İlk matçla müqayisədə heyətdə ciddi dəyişiklik etməyəcəyini deyən Qurbanov komandanın sıralarına yeni qoşulan futbolçulara 18 nəfərlik heyətdə yer verəcəyini bildirib.//ANS