Türkiyədə təlim-məşq toplanışında olan "Zirə"nin daha bir rəqibi müəyyənləşib. Fanat.az хəbər verir ki, Premyer Liqanın debütantı türk klubu ilə qarşılaşacaq.
Belə ki, "Zirə"nin 3-cü rəqibi "Samsunspor" olacaq. PTT 1-ci liqasında çıхış edən komanda ilə oyun iyulun 28-də baş tutacaq.
Qeyd edək ki, "Zirə" Türkiyədə ilk oyununu Gürcüstanın "Şukura" klubuna qarşı keçirib və heç-heçə edib - 0:0. Bakı təmsilçisi iyulun 25-də Gürcüstanın başqa bir klubu - "Samtredia" ilə qarşılaşacaq.
Fanat.az