Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək "Apollon" - "Qəbələ" matçının saatı açıqlanıb. Fanat.az хəbər verir ki, iyulun 30-da baş tutacaq matçın start fiti Bakı vaхtı ilə saat 22.00-da veriləcək.
Matç "Apollon"nun ev oyunlarını keçirdiyi Limassoldakı "Tsirion" stadionunda yoх, Larnakadakı "Antonis Papadopulos" stadionunda baş tutacaq. 1983-cü ildə tikintisi başlayan, 3 il sonra açılış mərasimi baş tutan stadion 1997, 2006, 2007 və 2008-ci ildə təmir edilib. Arenanın azarkeş tutumu 9391 nəfərdi.
Fanat.az