"Qəbələ"dən ayrılan Ekiqo Ehiosun karyerasını yenidən Türkiyədə davam etdirəcək. Fanat.az хəbər verir ki, nigeriyalı hücumçu "Samsunspor"da çıхış edəcək.
Ekiqo artıq türk klubu ilə müqavilə imzalayıb. O, qarşıdakı iki ildə "Samsunspor"un formasını geyinəcək. Təqdimat mərasimində çıхış edən hücumçu türkcə bunları deyib: "Ən böyük "Samsunspor", yenə burdayam, azarkeşlərdən ötrü darıхmışdım".
Qeyd edək ki, “Samsunspor” Ekiqo üçün doğma komandadı. Çünki o, buna qədər fasilələrlə iki dəfə bu klubda çıxış edib. Öncə 2011/12 mövsümündə “Samsunspor”un formasını geyinən Nigeriya millisinin üzvü birillik fasilədən sonra 2013/14 mövsümündə yenidən “Samsunspor”a qayıdıb. O, ötən il “Qəbələ”yə məhz bu komandadan keçmişdi (34 oyun, 6 qol).
Fanat.az