“Zirə”nin Türkiyə toplanışı davam edir. Fanat.az xəbər verir ki, Ərzurumda keçirilən təlim-məşq toplanışının 10-cu günündə yeni transfer Anar Nəzirov da komandaya qoşularaq məşqə çıxıb.
Səhər məşqində komanda üzvləri oyunöncəsi taktiki çalışmalar üzərində işləyib. “Zirə” bu gün Ərzurum toplanışı çərçivəsində 2-ci yoxlama oyununa çıxacaq. Rəqib Gürcüstan çempionatının güclülər dəstəsində çıxış edən Potinin “Kolxeti” klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 19.30-da başlayacaq.
Fanat.az