Çempionlar Liqasının III təsnifat mərhələsində Azərbaycan çempionu "Qarabağ"ın rəqibi olan "Seltik" yoxlama oyununda qüvvəsini sınayıb. Fanat.az xəbər verir ki, şotlandlar Fransanın "Renn" klubu ilə üz-üzə gəlib.
Qarşılaşma "Seltik"in 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qolları Ley Qriffits və Qari Makkey-Stiven vurub.
Qeyd edək ki, "Qarabağ"ın "Seltik"lə ilk oyunu iyulun 29-da Qlazqoda keçiriləcək.
Fanat.az