“Qəbələ” Avropa Liqasının III təsnifat mərhələsinin “Apollon” (Cənubi Kipr) ilə ilk oyununun hazırlıqlarına start verib. Fanat.az xəbər verir ki, Serbiyanın “Çukariçki” klubu ilə II təsnifat mərhələsinin Bakıdakı cavab qarşılaşmasının (2:0) arından iki gün istirahətə buraxılan “qırmızı-qaralar” paytaxtda bir araya gəlib.
Dünən baş tutan axşam məşqi İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilib. Roman Qriqorçukun yetirmələri isinmə hərəkətləri ilə başladığı hazırlığı toplu çalışmalarla davam etdirib. Komandanın məşqində bütün futbolçular iştirak edib.
“Qəbələ” iyulun 30-da Cənubi Kiprin Larnaka şəhərində keçiriləcək qarşılaşmanın hazırlığını Bakda davam etdirəcək. Komanda sabah axşam məşqini də Bakıxanov qəsəbə stadionunda gerçəkləşdirəcək.
Qeyed edək ki, “Apollon” - “Qəbələ” oyunu iyulun 30-da Larnakadakı “Antonis Papadopulos” stadionunda keçiriləcək. Qarşılaşma Bakı vaxtı ilə saat 22.00-da başlayacaq.
Fanat.az