Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin tapşırığına uyğun olaraq, millinin məşqçiləri klublarımızın avrokuboklarda keçirəcəyi növbəti oyunları izləyəcəklər.
Fanat.az xəbər verir ki, Qordan Tsipriç Çempionlar Liqasının III təsnifat mərhələsinin “Seltik” (Şotlandiya) – “Qarabağ” oyununa, Yanko Yankoviç Avropa Liqasının III təsnifat mərhələsinin “Atletik” (İspaniya) - “İnter” matçına, Elxan Abdullayev isə “Apollon” (Cənubi Kipr) - “Qəbələ” qarşılaşmasına baxacaq.
“Qarabağ” qeyd olunmuş oyunu iyulun 29-da, “İnter” və “Qəbələ” isə iyulun 30-da keçirəcək.
Fanat.az