Yeni mövsüm üçün təlim-məşq toplanışını davam etdirən "Sumqayıt" heyətini gücləndirməklə məşğuldu. Fanat.az xəbər verir ki, komanda son olaraq "Zirə"də çıxış etmiş Elnur Abdulovla 2 illik müqaviləyə imza atıb. Futbolçu "Sumqayıt"da 16 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Elnur bundan əvvəl "İnter", "Qarabağ", "Rəvan" və "Araz Naxçıvan"ın formasını geyinib. 22 yaşlı yarımmüdafiəçi U-17, U-19 və U-21 yığmalarımızda çıxış edib.
Fanat.az