Ölkəmizi Avropa Liqasında təmsil edən "Qəbələ" UEFA tərəfindən pul cəzasına məruz qalıb. Sport7.az xəbər verir ki, bu, ilkin təsnifat mərhələsinin cavab oyunun çərçivəsində baş tutan Tiflis "Dinamo"su ilə oyunda baş verən hadisələrə görədi.
Məlumatı klubdan da təsdiqləyiblər. Xatırladaq ki, Qəbələdə baş tutan oyunda yerli azarkeşlər tiflisli fanatlara cavab olaraq Gürcüstan bayrağı yandırmış, siyasi pankartlar açmışdı.
Qeyd edək ki, Tiflisdə baş verənlərə görə "Dinamo"ya da eyni məbləğdə cərimə kəsilmişdi.
Fanat.az