Topaz Premyer Liqasının IV turunda "Neftçi" ilə qarşılaşan "Xəzər Lənkəran" bir gün istirahət edib. Fanat.az xəbər verir ki, Lənkəran klubu dünən axşam yenidən məşqlərə başlayıb.
Lənkəran şəhər stadionunun ehtiyat meydançasında baş tutan hazırlıqda futbolçular əsasən fiziki çalşmaları yerinə yetiriblər. Yüngül zədəsi olan Mbilla Etame isə fərdi qaçışla kifayətlənib.