“Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Fanat.az xəbər verir ki, çernoqoriyalı İqor İvanoviç karyerasını Azərbaycanda davam etdirəcək.
24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb. İvanoviç vətənində “Rudar”ın formasını geyinib. Ötən mövsüm Çernoqoriya çempionluğunu qazanan İqor 13 qolla bombardirlər cədvəlində 2-ci yeri tutub və komandasının aparıcı oyunçularından biri olub.
2008-ci ildə peşəkar karyerasına başlayan İvanoviç vətənində "Zora", "Kom" və "İskra"nın formasını geyindikdən sonra - 2011-ci ildə "Rudar"a keçib. Bir il sonra Serbiyada OFK klubuna yollanan İqor 2013-də yenidən "Rudar"a qayıdıb. O, bu mövsüm Çempionlar Liqasının II təsnifat mərhələsində "Qarabağ"a qarşı iki oyun keçirib. Hər iki oyunda 90 dəqiqə oynayan futbolçu Bakıdakı matçda sarı vərəqə alıb.
Yarımmdüdafiəçi 2011-ci ildə Çernoqoriyanın 21 yaşadək futbolçulardan ibarət yığma komandasının formasını geyinib.
Fanat.az