"Sumqayıt" Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Amit Quluzadə ilə güclənib. Fanat.az xəbər verir ki, 1992-ci il təvəllüdlü adıçəkilən futbolçu 1 illik müqavilə imzalayıb. Amit "Sumqayıt"da 24 nömrəli forma altında çıxış edəcək.
Qeyd edək ki, Amit karyerası ərzində Azərbaycanın "Neftçi", "Rəvan", "Qəbələ" və Türkiyənin "Kayseri Erciyesspor" klublarının şərəfini qoruyub. Onun son klubu Portuqaliya "Atletiko"su olub (7 oyun, 313 dəqiqə).
Fanat.az