AFFA və PFL Premyer Liqanın yayım hüququnu CBC kanalına satıb. Fanat.az хəbər verir ki, bununla bağlı elan olunmuş tenderə qatılan yeganə telekanal yayım hüququna görə 700 min manat verəcək.
Yayım haqqı üçün ödənilən bu vəsait AFFA və PFL tərəfindən Premyer Liqa klubları arasında bərabər şəkildə bölünəcək. Premyer Liqanın 2015/16 mövsümündə 10 klub iştirak edəcək. Bu isə hər kluba 70 min manat veriləcəyi deməkdi.
Fanat.az