İyul ayında komandaların reytinq cədvəlinə onların avrokubok oyunlarında qazandıqları nəticələr əlavə olub. Fanat.az xəbər verir ki, ötən ay “İnter” və “Qəbələ” komandaları aktivinə daha çox - 30 xal əlavə edib. “Qarabağ” 21, “Neftçi” isə 12 xal toplayıb.
Ən çox xal itirən komanda da məhz “İnter” olub. Komanda 3 il bundan qabaq iyul ayında topladığı 36 xal ondan silinib. “Xəzər Lənkəran” 24, “Neftçi” 21, “Bakı” isə 6 xal geri düşüb.
Nəticədə cədvəldə yerdəyişmələr də baş verib. “Qəbələ” “Xəzər Lənkəran"ı qabaqlayaraq 4-cü pilləyə yüksəlib. “Bakı”nın xal itirməsi isə AZAL-I önə keçirib.
1(1) | Qarabağ | 317.0 |
2(2) | Neftçi | 240.0 |
3(3) | İnter | 233.5 |
4(5) | Qəbələ | 150.0 |
5(4) | Xəzər Lənkəran | 111.0 |
6(6) | Simurq | 104.5 |
7(8) | AZAL | 90.0 |
8(7) | Bakı | 88.5 |
9(9) | Sumqayıt | 72.5 |
10(10) | Rəvan | 45.5 |
11(11) | Turan | 21.0 |
12(12) | Kəpəz | 10.5 |
Rasim Əliyev
Fanat.az