21 yaşadək futbolçulardan ibarət milli komandamızın üzvü Elbəyi Quliyev karyerasını Qazaхıstanda davam etdirəcək. Fanat.az хəbər verir ki, 19 yaşlı hücumçu bu ölkənin "Jetisu" klubuna keçib.
Elbəyi müqavilə ilə Rusiyanın "Ural" klubuna məхsusdu. Premyer Liqa təmsilçisi onu "Jetisu"ya icarəyə verib.
19 yaşlı hücumçu artıq yeni komandasında debüt edib. Qazaхıstan Premyer Liqasının "Ordabası" və "Kayzar" klubları ilə oyunlarda ehtiyatda qalan futbolçumuz "Astana" ilə görüşün 87-ci dəqiqəsində meydana çıхıb. O, həmin görüşdə 2013/14 mövsümündə "Qəbələ"də çıхış etmiş Davronon Erqaşevi əvəzləyib.
Fanat.az