Çempionlar Liqasının "pley-off" mərhələsində "Arsenal"a məğlub olan "Fənərbaxça"nın avrokuboklarda iştirakına aydınlıq gəlib. Fanat.az xəbər verir ki, İdman Arbitaj Məhkəməsi sarı-lacivərtlər"lə bağlı qərar verib.
Belə ki, qurum İstanbul təmsilçisini 2 il müddətinə Avropadan uzaqlaşdırmaq qərarına gəlib. UEFA-dan verilən açıqlamada cəzanın bu ildən hesablanacağı bildirilib. Bu isə o deməkdi ki, "Fənərbaxça" Çempionlar Liqasında "Arsenal"a yenilərək düşdüyü Avropa Liqasının qrup mərhələsində iştirak edə bilməyəcək. UEFA-nın İdarə Heyəti sabah toplanaraq, durumu müzakirə edəcək və "Fənərbaxça"nı əvəzləyəcək komandanı müəyyənləşdirəcək.
Qeyd edək ki, UEFA "bülbüllər"i oyun alqı-satqısı ilə günahlandırmış və avrokuboklarda iştirakına qadağa qoymuşdu. Lakin bunda narazı olan "Fənərbaxça" İdman Arbitaj Məhkəməsinə (CAS) göndərmişdi.
Fanat.az