13:31 06.08.2015 779

"Qriqorçuk dedi ki, mümkündüsə, bu futbolçunu alaq"

Ötən mövsüm Premyer Liqanın bürünc medallarını qazanan “Qəbələ”nin heyətində kifayət qədər dəyişiklik olsa da, bu amil komandanın avrokuboklarda uğurlu çıxışına mane olmadı. Klubun baş meneceri Zaur Əzizov “Qəbələ İK” qəzetinə müsahibəsində komandanın həm Avropa Liqasında çıxışına, həm də yeni transferlərlə bağlı məsələlərə toxunub.


- “Qəbələ”nin avrokuboklarda cari mövsümdə çıxışını, ümumilikdə, necə dəyərləndirərdiniz?

- Komandamızın qısa müddət ərzində yeni heyətlə, kifayət qədər dəyişiklikdən sonra avrokuboklarda ciddi rəqibləri üstələməsi, ilk növbədə, sevindirici haldı. Futbolçuların meydançada göstərdiyi oyun, əzmkarlıq, həqiqətən, fərəhləndiricidi. Mərhələdən-mərhələyə komanda olmaq yolunda irəli addımlar atırıq. Göstərdiyimiz oyun, eyni zamanda komanda daxilində ab-hava bizi sevindirir. Komandamızın potensialı gələcəyə nikbin, ümidlə baxmağa əsas verir.


- Avropa Liqasında püşkdən öncə minimal vəzifənin mərhələ keçmək olduğunu demişdiniz. Artıq “Qəbələ” III təsnifat mərhələsində çıxış edir. İndi vəzifə nədən ibarətdi?

- Vəzifə həmişə uğurlu çıxış etməkdi. Oyun öncəsi yalnız növbəti matçı düşünürük. Fərqi yoxdu, çempionat, kubok, avrokubok və ya yoxlama oyunu. Çünki hər matçın öz əhəmiyyəti var.


- Ancaq hələ ki, qrupa düşmək haqda yox...

- Sözsüz. Avropa Liqası çempionat oyunları deyil. Burada səhv, meydançada istənilən yanlış hərəkət bağışlanmır. Müxtəlif amillər - futbolçuların əhval-ruhiyyəsi, hazırlıq planları - bunlar da önəmli məsələlərdi. Buna görə hazırda bütün diqqət “Apollon”u keçməyə, növbəti matça yönəlib. Baş məşqçimiz çempionatı düşünəndə də eyni prinsiplərə əsaslanır. Yəni çempionat başlamamış 2-ci, 3-cü turları düşünmürük. Belə daha doğrudu.


- Növbəti sınaqdan danışırıqsa, rəqib “Apollon”du. Halbuki, "Qəbələ"yə “Standard”, “Vest Hem”, Dortmund “Borussiya”sı kimi güclü komandalar düşə bilərdi...

- “Apollon” rəqiblərimiz arasında, bəlkə də, ən ortababıdı. Bəzən fikirlər səslənir ki, “Qəbələ”yə zəif rəqib düşüb. Əlbəttə, “Borussiya” və “Vest Hem”lə müqayisədə belədi. Ancaq “Apollon”a zəif komanda demək də doğru deyil. Bu, son 2 ildə Avropa Liqasının qrupunda oynamış komandadı. Bizim klublar üçün qrup mərhələsində oynamaq uğurdusa, Cənubi Kipr təmsilçiləri ardıcıl bir neçə ildi buna nail olurlar. Hətta qrupdan çıxıb, irəli gedən komandaları da olub. Avropa təcrübəsi yetərincə olan bu komandanın heyətində kifayət qədər güclü futbolçular oynayır. “Apollon” “Qəbələ” ilə oyuna qədər cari mövsümdə Avropa Liqasında keçirdiyi 4 oyunda qapısından qol buraxmamışdı. Bu, ciddi nəticə idi.


- Komanda ev oyunlarında qalib gəlsə də, səfərdə hələ ki buna nail ola bilmir. Rəqib meydanında qələbə qazanmağa nə mane olur?

- Üzləşdiyimiz komandalar elə rəqiblər deyil ki, onlara uduzmaq uğursuzluq kimi qələmə verilsin. Rəqiblərimizi zəif hesab edənlərlə razılaşmıram. “Çukariçki”yə məğlub olmağı faciə adlandıranlar, sadəcə, komandanın adına baxırlar. Daha demirlər ki, “Çukariçki” Serbiyada hazırda “Partizan”la “Srvena Zvezda”nın əsas rəqibi sayılır.


- “Çukariçki” gümüş medalçı “Srvena Zvezda”ya çempionatda, çempion “Partizan”a isə ölkə kubokunun finalında qalib gəlib.

- Bəli. Serbiya futbolunu izləməyən insanlar “Çukariçki”ni zəif komanda kimi dəyərləndirə bilərlər. Tiflis “Dinamo”sunun futbolçusu Georgi Papunaşvili “Verder”ə keçdi. “Dinamo” rəsmiləri Tiflisdə bizə dedilər ki, Avropa klubları onların daha 2 futbolçusu ilə maraqlanır. “Dinamo”ya Tiflisdə uduzmağı faciəyə çevirənlər desinlər, neçə futbolçumuzun “Verder”ə getmək ehtimalı var? Rəqib klubları dəyərləndirərkən, bu cür amillər də nəzərə alınmalıdı. Biz yeni komandayıq, oyundan-oyuna gücümüzü artırırıq. Sözsüz ki, zamana ehtiyac var. Tiflisdə və Belqradda oyun planında çətinliyimiz oldu. Amma düşünmürük ki, ümumilikdə, rəqiblərdən ciddi geri qalırdıq. Sadəcə, oyunumuza mənfi təsir edən başqa amillər də oldu.


- Yəqin ki, meydançanın ot örtüyünün bərbad vəziyyətdə olmasını demək istəyirsiz.

- “Çukariçki”nin ev oyunlarını keçirdiyi arenanın hansı meyarlara əsasən avrokubok oyunları üçün yararlı sayıldığı və qəbul edildiyi mənə çox maraqlıdı. Çünki ən minimum şərtlər, özü minimum şəkildə yerinə yetirilib, ya da yetirilməyib. Əgər futbolçu paltardəyişmə otağında oturub istidən əziyyət çəkirsə, özünə gəlmək üçün dəhlizə, yaxud çölə çıxırsa, təbii ki, bunlar onun oyununa təsir göstərəcək.


- Yeni legionerlərdən artıq öz sözünü deyənlər var. Komandaya yay fasiləsində cəlb olunmuş əcnəbilərə necə qiymət vermək olar?

- Diqqət yetirmisinizsə, yeni legionerlər “Qəbələ”yədək karyeralarında kifayət qədər uğur qazanmış futbolçulardı. Halbuki, baş məşqçi onları bir neçə yox, hesaba vursaq, bəlkə də, 150-yə yaxın futbolçunun arasından seçib. Yeni gələnlər sırf məşqçilər korpusunun birbaşa istədiyi futbolçulardı. Ümid edirəm ki, onların “Qəbələ”də oyunu alınacaq və karyeralarına yeni nailiyyətlər əlavə edəcəklər.


- Son transfer Bosniya və Herseqovina yığmasının hücumçusu Ermin Zets oldu. Onun keçidi necə baş tutdu?

- Açığı, uzun müddət idi ki hücumçu, hücumameyilli futbolçu axtarırdıq. Hətta Fransanın II liqasında, “Orlean” klubunda çıxış edən hücumçu Robert Maahla ilkin razılığa gəlmişdik. Ancaq bizə məlum səbəblərdən onun keçidi alınmadı. Maah Türkiyənin “Göztəpə” klubu ilə müqavilə imzaladı. Odu ki, vaxt itirmədən yeni namizədləri nəzərdən keçirdik. Buna görə də məsələ bir az uzandı. Baş məşqçi Roman Qriqorçuk Ermin Zetsi siyahının ilk yerinə qoydu. Dedi ki, mümkündüsə, bu futbolçunu alaq.


- Demək, Qriqorçuk Zetsi yaxşı tanyır və ən çox istədiyi futbolçu olub...

- Baş məşqçi bosniyalı hücumçunu xeyli izlədikdən sonra qərar verib. Seçim üçün alternativ futbolçular olsa da, Qriqorçuk tərəddüd etmədən Zetsin üzərində dayandı. Ermin bu yaxınlarda Bosniya və Herseqovina yığmasına çağırılıb. Millidə hücumdakı komanda yoldaşları “Mançester Siti”dən Edin Dzeko ilə “Ştutqart”dan Vedad İbişeviçdi. Təbii ki, Zets yenidən onlarla millidə çıxış etmək, mütəmadi çağırılmaq üçün daha güclü çempionat seçmək istəyirdi. Ancaq onu inandıra bildik ki, biz istər ölkə daxilində, istərsə də Avropada böyük uğur qazanmaq istəyən komandayıq. Bəlkə də “Çukariçki” üzərində qələbəmiz də onun qərarına ciddi təsir etdi. Çünki bilirik ki, Türkiyədə xidmətində maraqlı olan klublar var. Hətta Bakıda olduğu müddətdə Türkiyədən, Yunanıstandan yeni təkliflər alırdı. Ermin son yarım ili Super Liqada keçirib və orada karyerası kifayət qədər uğurlu alınıb. Şadıq ki, onun “Qəbələ”yə keçidi baş tutdu.


- Transfer pəncərəsi hələ avqustun 31-də bağlansa da, Zetsin keçidi ilə yay transferlərinin başa çatdığını demək olar?

- “Apollon”la oyundan sonra bu məsələyə qayıdacağıq. Hələ tam demək olmaz ki, transfer məsələsi bitib.


Fanat.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

08 İyul 2025
18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

09:54

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

09:35

"Qəbələ"nin akademiya ismarıcı: AFFA-nın cavabı və cavabsız qalan suallar

09:18

Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşir

09:00

"Sabah" - "Sele" matçına neçə bilet satılıb? - SON DURUM

00:14

ACF daha 24 klub və idman təşkilatına 5 illik lisenziya təqdim etdi

07 İyul 2025
23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

Facebookdan bizi izləməyi unutmayın.
X