AFFA Klublar Komitəsinin 2015/16 mövsümündə ilk iclası avqustun 7-də keçiriləcək. Fanat.az xəbər verir ki, komitə yeni tərkibdə bir araya gələcək.
Ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış etmiş "Simurq" və "Bakı"nın nümayəndələri toplantıya qatılmayacaq. Onları debütantlar - "Zirə", "Kəpəz" və "Rəvan"ın rəsmiləri əvəzləyəcək. İclasın gündəliyinə cari məsələlərlə yanaşı, ötən mövsüm müzakirə olunan və yekun qərar qəbul olunmayan məsələlər də salınıb.
Qeyd edək ki, "Hilton" otelində keçiriləcək iclas saat 11.00-da başlayacaq.//"Report"
Fanat.az