“Zirə” Premyer Liqaya hazırlığı davam etdirir. Fanat.az xəbər verir ki, komandaya yeni məşqçi cəlb olunub.
Baş məşqçi Adil Şükürovun köməkçilərindən biri də Elnur Codarov olacaq. Codarovla bir illik müqavilə bağlanıb.
Xatırladaq ki, buna qədər Adil Şükürovun iki köməkçisi var idi: məşqçi Ayxan Abbasovla qapıçılarla işləyən məşqçi Anar Niftəliyev.
Fanat.az