"Sumqayıt"da növbəti məşqçi təyinatı rəsmiləşib. Fanat.az xəbər verir ki, Zakir Mahmudov bundan sonra "gənclik şəhəri" təmsilçisində fəaliyyət göstərəcək.
Belə ki, 57 yaşlı mütəxəssis "Sumqayıt"ın U-19 komandasına başçılıq edəcək. Mahmudov məşqçi karyerası ərzində "Sumqayıt", "Şəmkir", "Karvan" və "Standard"da çalışıb. Onun son iş yeri “Xəzər Lənkəran” olub. Mahmudov Yunis Hüseynovun əsas köməkçilərindən biri idi. O, komandanın turnir cədvəlinin XI pilləsində olması üzündən ötən ilin sentyabrın 30-da Zaur Ramazanov və Alim Qurbanovla birgə məşqçilər heyətindən uzaqlaşdırılıb.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol