"Qarabağ"ın Avropa Liqasının "pley-off" mərhələsindəki rəqibi "Yanq Boyz" baş məşqçisiz qalıb. Fanat.az хəbər verir ki, İsveçrə klubunun çalışdırıcısı Uli Forte istefa verib.
Buna səbəb komandanın Çempionlar Liqasının III təsnifat mərhələsində “Monako”ya hər iki görüşdə məğlub olması olub (1:3, 0:4). Bu yenilgi baş məşqçinin istefa verməsi ilə nəticələnib.
Hələlik komandanı Fortenin köməkçisi Harald Qamperle çalışdıracaq. Qarşıdakı çempionat matçlarında o komandaya qələbələr qazandırsa, baş məşqçi kimi təsdiqlənə də bilər.
Fanat.az