18:02 28.08.2013 727

"Xəzər Lənkəran" "Böyük oyun"la bağlı bəyanat yaydı

"Xəzər Lənkəran" "Böyük oyun"la bağlı bəyanat yayıb. Fanat.az bəyanatı olduğu kimi təqdim edir:
 
"Azərbaycan futbolunun son illər ərzində getdiyi inkişaf yolu, əldə olunan nailiyyətlər ölkəmizdə bu idman növünə ayrılan böyük diqqətin nümunəsidi. Artıq ölkəmiz beynəlxalq futbol qurumlarının sadəcə, sıravi üzvü deyil, bu təşkilatların fəal iştirakçısı kimi tanınıb. Azərbaycanda keçən il keçirilmiş FİFA U-17 qadınlararası dünya çempionatı, 2016-cı ildə baş tutacaq U-17 Avropa çempionatı kimi mötəbər yarışlar artıq FİFA və UEFA kimi ali futbol qurumlarının rəhbərlərinin bilavasitə diqqətini cəlb edir. Bu səbəbdən dünya futbolunun aparıcı simalarını stadionlarımıza gəlməsi tez-tez rast gəlinən hala çevrilib. Bütün bunlar Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının gördüyü məqsədyönlü və təşkilatlanmış işin nəticəsidi. AFFA prezidenti hörmətli Rövnəq Abdullayev bu posta seçildiyi ilk gündən görülən işlərin keyfiyyəti və kəmiyyəti ölkə futbolunun uğurlu yolda olduğundan xəbər verir.
 
Ölkənin aparıcı futbol klubu olan və futbolumuza bir çox sahələrdə yeniliklər gətirən “Xəzər Lənkəran” da AFFA bayrağı altında çıxış edərək bu qurumun strategiyasını və gördüyü işləri birmənalı olaraq dəstəkləyir. Ən böyük azarkeş kütləsinə malik klubumuz ölkədə futbolun populyarlaşması istiqamətində üzərinə düşən böyük məsuliyyətdən qürur hissi duyur. Biz hər bir zaman istər meydanda, istərsə də meydandan kənarda futbol adına bütün işlərin düzgün təşkil olunmasının tərəfdarı olmuşuq və bu istiqamətdə çoxlu sayda əməli tədbirlər görmüşük.
 
Ölkə Premyer Liqasının son turunda “Xəzər Lənkəran” Mərkəzi Stadionunda baş verənlərə bağlı tərəfimiz adekvat reaksiya bildirilib. Lakin buna baxmayaraq, müxtəlif mətbuat vasitələrində hadisələrin şişirdilməsi, düzgün şəkildə təqdim olunmaması, baş verənlərə müxtəlif don geyindirmək cəhdləri bizi narahat etməyə bilməz. Hələ çempionatın ötən turunda “Qarabağ” - “Xəzər Lənkəran” oyunu zamanı azarkeşlərin münaqişəsi və bunun nəticəsində xəsarət alması barədə mətbuatda dezinformasiya xarakterli yazılar yer almışdı. Sonradan məlumatın həqiqətə uyğun olmadığı üzə çıxdı. Təəssüf ki, növbəti turdan sonra bu tipli səhv məlumatlar üzə çıxdı ki, bütün bunlar ümumilikdə vəziyyət barədə yanlış təsəvvür yaradır.
 
Belə məlumatlar “Xəzər Lənkəran”la digər klublar arasında gərginlik yaradılmasına zəmin yaradır ki, bu da klubumuzun mövqeyinə tamamilə ziddi. “Xəzər Lənkəran” bütün futbol klubları ilə yüksək səviyyəli münasibətlərə malikdi və bu münasibətlərim qorunması klubumuz üçün böyük əhəmiyyət daşıyır.
 
Ölkədə ən böyük azarkeş kütləsi olan klub kimi “Xəzər Lənkəran” azarkeşlərlə iş üzrə də böyük təcrübəyə malikdi. Futbol azarkeşlər üçün oynanılır və azarkeşlər komandaya dəstək verən, onu ruhlandıran, ona arxa və dayaq olan ən böyük qüvvədi. Biz meydanda və tribunalarda sağlam rəqabətin tərəfdarıyıq və heç bir zaman futbolda baş verənlərə qeyri-idman donu geyindirilməsi ilə barışa bilmərik.
 
"Xəzər Lənkəran" azarkeşlərini nəzərə alan AFFA rəhbərliyinin son tur baş verənlərin nəticəsi olaraq stadionumuzu diskvalifikasiya etməməsini klubumuz çox müsbət addım kimi dəyərləndirir və qurumun rəhbərliyinə təşəkkürünü bildirir.
 
“Xəzər Lənkəran” Futbol Klubu bəyan edir ki, komandamızın azarkeşləri heç bir zaman heç bir iğtişaş xarakterli əməllərə yol verməyib və yol verməyəcək. Eyni zamanda onu da qeyd etmək vacibdi ki, hər bir kəs Azərbaycan Respublikasının Qanunvericiliyi qarşısında eyni həcmdə məsuliyyət daşıyır və bu məsuliyyətdən heç bir şəxs heç bir halda boyun qaçıra bilməz.
 
Hər birimizin bir məqsədi olmalıdı - Azərbaycan futbolunun inkişafı yolunda sıx birləşib əlimizdən gələn heç bir işi əsirgəməmək".

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
23:52

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

23:18

"Neftçi"nin sabiq prezidenri ÇL-ə təyinat aldı

22:46

"Qarabağ"ın yeniyetmələri "Marcet"li həmyaşıdlarını "kötəklədilər"

22:15

"Sabah" üçün asan olmayacaq" - Arif Əsədov

21:59

"Qarabağ" Avstriyada 4 qol vurub uduzdu

21:16

AFFA prezidenti pakistanlı həmkarı ilə görüşdü

20:39

"Sabah" Avropa Liqası üçün 25 oyunçu sifariş etdi - SİYAHI

20:03

"Zirə"də yeni müqavilə - RƏSMİ

19:50

Premyer Liqa klubu hücumçusu ilə vidalaşdı

19:38

Rakitiç "Zirə"nin rəqibini tərk etməyəcək - RƏSMİ

19:11

"Şamaxı"dan ayrılan Məsimov və daha 3 futbolçu bu kluba keçir

18:57

MPL: 2025/2026 mövsümün püşkatma mərasiminin vaxtı bilindi

18:16

"Araz-Naxçıvan"ın Türkiyə toplanışındakı rəqibləri açıqlandı

17:47

"Karvan" qapıçısı ilə bağlı yekun qərarını verdi

17:28

Araz Abdullayev Premyer Liqa klubuna keçdi

17:10

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlıları ilə üz-üzə gələcək

16:53

"Baş verən hadisə mənə çox pis təsir edib" - Canluici Donnarumma

16:34

"Milan" Ernandesi ərəblərə satır - Transfer yekunlaşmaq üzrədir

16:17

"İmişli" növbəti transferini reallaşdırdı

15:59

Rakitiç "Zirə"yə qarşı oynamayacaq - Özü açıqladı

15:41

Saşa İliç "Sumqayıt"ı bu gün məşqə çıxaracaq, sabah isə... - AÇIQLAMA

15:23

"Turan Tovuz"un futbolçusu bu kluba keçir - Türkiyəyə aparılmadı

15:10

"Sabah"ın rəqibi Bakıya bu tarixdə gələcək, bu məkanda məskunlaşacaq

14:52

Dyökereşin bir ayağı İngiltərə nəhəngində - SON DURUM

14:34

"Karvan"dan ayrılan futbolçu 1-ci Liqa klubuna keçdi

14:16

"Sumqayıt" yeni baş məşqçisinin adını açıqladı - RƏSMİ

13:58

"Məşqçi işi göz qabağındadır" - Vüqar Nadirov "Sabah" - "Sele" mübarizəsindən nə gözləyir?

13:39

Sadiq Məmmədzadə Serbiya klubunun düşərgəsinə nə vaxt yollanacaq? - Özü açıqladı

13:09

Gülağa Əsədov "Mingəçevir"dən ayrıldı - Yeni klubu bəllidir

12:51

Messi "İnter Mayami"ni bu kluba dəyişir - SON DURUM

12:33

Avarçəkənimiz Avropa üçüncüsü oldu

12:15

Asim Xudiyev Konfrans Liqasına təyinat aldı

11:56

Balotelli bu iki klubdan birində oynayacaq - SON DURUM

11:37

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:18

"Mançester Yunayted" kolumbiyalı yarımmüdafiəçiyə elçi düşdü

10:59

"Qarabağ" Avstriyada ilk oyununa çıxır

10:40

Ançelotti "Qızıl top"a layiq olan, amma onu qazanmayan futbolçunun adını açıqladı

10:03

Azərbaycan və Özbəkistan dünya çempionatına birgə ev sahibliyi üçün namizədliklərini irəli sürdülər - RƏSMİ

09:46

KONKAKAF kubokunun qalibi bilindi

09:25

Yadullayev oğlunu yeni baş məşqçisi olduğu komandaya apardı

Facebookdan bizi izləməyi unutmayın.
X