Topaz Premyer Liqasında 2014/15 mövsümünə start verilib. Fanat.az хəbər verir ki, artıq mövsümün ilk qolu vurulub.
Açılış qolunun müəllifi "Zirə"nin futbolçusu Viktor İbekoyi olub. O, sabiq komandası AZAL-la oyunun 5-ci dəqiqəsində fərqlənib.
Bundan iki dəqiqə sonra isə Lənkəranda mövsümün ikinci qolu vurulub. "Xəzər Lənkəran"ın üzvü Elnur Cəfərov "İnter"in qapısına yol tapıb.
Fanat.az