Yunis Hüseynov "İnter"lə oyunla (2:0) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, "Xəzər Lənkəran"ın baş məşqçisi oyundan sonra bunları deyib:
“İlk növbədə futbol ictimaiyyətini yeni mövsüm münasibəti ilə təbrik edirəm. Bilirsiniz ki, heyətimizdə gənc oyunçuların sayı çoxdu. Problemlər olmasına baxmayaraq, rəqibi yaxşı analiz etmişdik. Gənc oyunçular özlərini yaxşı tərəfdən göstərə bildilər. Qarşıda bizi çətin oyunlar gözləyir. Həmin görüşlərə hazırlaşmalıyıq".//pfl.az
Fanat.az